Darren Aronofski

Darren Aronofski
ing. Darren Aronofsky
Doğum tarixi 12 fevral 1969(1969-02-12)[1][2][…] (55 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı

Reyçel Vays (2001–2010)

Brendi-Enn Milbredt (2012–2015)
Uşağı Henri Çans Aronofski (Vaysla nigahdan)
Partnyorları
Fəaliyyəti film prodüseri, kinorejissor, ssenarist, yazıçı, kino aktyoru, rejissor
Fəaliyyət illəri 1996-cı ildən
Təhsili
IMDb ID0004716
darrenaronofsky.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Darren Aronofski (ing. Darren Aronofsky; 12 fevral 1969[1][2][…], Bruklin, Nyu-York) — amerikan kinorejissor, ssenaristprodüser.

Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir."[5]

Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır.

Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi. Film müsbət rəylər aldı və Ellen Börstin filmdəki çıxışına görə Oskar mükafatına namizəd göstərildi. II Dünya müharibəsindən bəhs edən qorxu filmi "Aşağıda"nın ssenarisini yazdıqdan sonra, Aronofski sayca üçüncü, romantik elmi- fantastik janrda olan "Fəvvarə" filminin çəkilişinə başladı. Filmlə bağlı qarışıq resenziyalar dərc edildi və o, kinoteatr kassalarında istənilən uğur əldə etməsə də, o zamandan bəri kult filmlər siyahısındadır.[6]

İdman mövzusunda çəkilən dördüncü filmi "Güləşçi" tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və filmin ulduzları Miki Rurk və Marisa Tomey Oskar mükafatına namizəd göstərildilər. 2010-cu ildə Aronofski "Döyüşçü" filminin icraçı prodüseri oldu və onun beşinci bədii, psixoloji qorxu filmi "Qara qu quşu"daha çox tənqidçi rəğbəti qazandı ; ən yaxşı ekran əsəri və ən yaxşı rejissor nominasiyalarında Oskar mükafatına namizəd göstərildi, Natali Portman isə filmdəki roluna görə ən yaxşı Aktrisa nominasiyasında qalib gəldi. Aronofski Qızıl Qlobus mükafatlandırma mərasimində ən yaxşı rejissor və Amerika Rejissorlar Gildiyasının mükafatı nominasiyasına namizəd göstərilib. Onun Bibliyadan ilhamlanaraq ərsəyə gətirdiyi altıncı film "Nuh" 28 mart 2014-cü il kinoteatrlarda nümayişə çıxarılıb.

  1. 1 2 Darren Aronofsky // filmportal.de. 2005.
  2. 1 2 Darren Aronofsky // BD Gest' (fr.).
  3. 1 2 Museum of Modern Art online collection (ing.).
  4. 1 2 https://www.onet.pl/kultura/onetkultura/amerykanski-rezyser-dostal-polskie-obywatelstwo/p9v308x,681c1dfa.
  5. Skorin-Kapov, Jadranka (2015) Darren Aronofsky's Films and the Fragility of Hope Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine, Bloomsbury Academic
  6. "The Darren Aronofsky Retrospective: 'The Fountain' | Movie Mezzanine". moviemezzanine.com (ingilis). 2016-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-23.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy